
“Navvab Services”-in əsas xidmət sahəsi yükdaşıma, sərnişindaşıma və ağır texnikaların icarəsi üzrə formalaşıb. Növündən asılı olmayaraq xidmət göstərilən bütün sahələrdə təhlükəsizlik tədbirləri ən yüksək səviyyədə təşkil olunmaqdadır. Sərnişinlərin rahatlığını maksimum dərəcədə təmin etməyi hədəfləyən şirkət onların komfortlu şəkildə transferi üçün daim çalışır. Bununla yanaşı məhsulların aidiyyəti üzrə ünvanına sürətli və etibarlı daşınması, o cümlədən ağır texnikaların icarəyə verilməsi kimi bütün xidmətlər qanunvericiliyin tələblərinə uyğun şəkildə aparılır.